AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xalça ustası Tahirə Babayeva

Babayeva Tahirə Adil qızı 1959-cu ildə Quba rayonunun İkinci Nügədi kəndində anadan olub. 1966-1976-cı illərdə İkinci Nügədi kənd 3 saylı məktəbində orta təhsil alıb. 1978-ci ildə Quba peşə məktəbinə daxil olub və xalçaçılıq peşəsini öyrənib. 1979-cu ildə peşə məktəbini bitirib. Həmin ildən öz evində xalça toxumaqla məşğul olub.
 
2017-ci ildən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialında çalışır. O, filialın ən yaxşı toxucularından biridir. Tahirə Babayevanın toxuduğu xalçalar peşəkar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı