Xalça ustası Günel Eyvazova
Eyvazova Günel Mirzəxan qızı 1986-cı ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olub. Uşaq yaşlarından xalçaçılıq sənəti ilə maraqlanmağa başlayıb. İlk xalçanı 12 yaşında olarkən toxuyub.
2018-ci ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan şəhərində təşkil etdiyi tədris-hazırlıq kursunda bilik və bacarıqlarını daha da təkmilləşdirib. Həmin ilin dekabr ayından “Azərxalça”nın Qobustan filialında çalışır.