Xalça ustası Qənirə Abdulrəhmanova
Abdulrəhmanova Qənirə Səməd qızı 1958-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Qazax şəhərindəki 8 illik natamam orta məktəbi bitirib.
Hələ uşaq yaşlarından xalçaçılıq sənətinə maraq göstərib. Xalça toxumağı anasından öyrənib. O, anası ilə birlikdə Qazax şəhərində fəaliyyət göstərən Zili fabrikində çalışıb. 2001-ci ildə Zili fabriki bağlandıqdan sonra xalçaçılıqla məşğul olmayıb.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qazax filialının yaradılması onu yenidən xalçaçılıq sənətinə qaytarıb. Əvvəlcə Səhmdar Cəmiyyətin təşkil etdiyi tədris-hazırlıq kursunda bilik və bacarıqlarını daha da təkmilləşdirib. 2017-ci ilin sonlarından “Azərxalça”nın Qazax filialında çalışır.