AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xalça ustası Jalə Nəsirova

Nəsirova Jalə Abduləli qızı 1981-ci il noyabrın 7-də Kürdəmir rayonunda anadan olub. 1987-1996-cı ildə Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbdə orta təhsil alıb. 1998-ci ildən xalça toxumaqla məşğuldur.
 
2018-ci ilin dekabr ayından “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialında toxucu kimi fəaliyyət göstərir. O, filialın ən yaxşı toxucularından biridir. 2019-cu ilin may ayında “Xalçaçı günü” peşə bayramı ərəfəsində “Azərxalça” ASC-nin fəxri fərmanı ilə təltif edilib.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı