Xalça ustası Məhluqə Abbasova
Abbasova Məhluqə Elxar qızı 27 may 1999-cu ildə Füzuli rayonunun Horadiz şəhərində anadan olub. Xalça toxumağı anasından öyrənib. 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Horadiz şəhərində təşkil etdiyi tədsris-hazırlıq kurslarında bu sənətin sirlərinə dərindən yiyələnib. 2016-cı ilin dekabr ayında “Azərxalça” ASC-nin Füzuli filialında işə qəbul edilib. Məhluqə Abbasova gənc olmasına baxmayaraq, filialın ən yaxşı toxucularından biridir. Onun ərsəyə gətirdiyi xalçalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.