Xalça ustası Nahidə Balayeva
Balayeva Nahidə Saday qızı 1967-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1974-1984-cü illərdə Böyük Mərcanlı kənd məktəbində təhsil alıb.
O, gənc yaşlarından nənəsindən və anasından xalça toxumağı öyrənib. Hələ Cəbrayıl rayonunda yaşayarkən xalçaçılıqla məşğul olub. Cəbrayıl rayonu işğal olunduqdan sonra o, məcburi köçkün həyatı yaşayıb və bu sənətdən ayrı düşüb. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl filialının yaradılması Nahidə Balayeva kimi onlarla toxucunun yenidən xalçaçılıq sənəti ilə məşğul olmasına imkan yaradıb. Nahidə Balayeva da “Azərxalça”nın Cəbrayıl filialında işləmək üçün müraciət edib. Əvvəlcə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə təşkil olunan tədris-hazırlıq kursunda iştirak edib. 2018-ci ilin dekabr ayından “Azərxalça”nın Cəbrayıl filialında çalışır.