AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xalça ustası Gültəkin Zeynalova

Zeynalova Gültəkin Maarif qızı 1988-ci ildə Bakı şəhərində anadan olub. Ağstafa rayonunun Səməd Vurğun qəsəbəsində yaşayır.

Uşaq yaşlarından xalça sənətinə maraq göstərib. 2017-ci ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir şəhərində təşkil etdiyi tədris-hazırlıq kurslarında xalçaçılıq sənətinin sirlərinə yiyələnib. Əvvəlcə “Azərxalça”nın Şəmkir filialında çalışıb. Səhmdar Cəmiyyətin Ağstafa filialı yaradıldıqdan sonra fəaliyyətini bu filialda davam etdirir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı