AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xalça ustası Çimnaz Yaqubova

Yaqubova Çimnaz Xanəhməd qızı 1969-cu il mart ayının 11-də Abşeron rayonunun Hökməli qəsəbəsində anadan olub. Orta təhsilini Hökməli qəsəbə məktəbində alıb. 15 yaşından xalça toxumağa başlayıb. 1986-cı ildə keçmiş “Azərxalça” Yaradıcılıq-İstehsalat Birliyində əmək fəaliyyətinə başlayıb. İstehsalat Birliyi fəaliyyətini dayandırdıqdan sonra müxtəlif özəl xalça müəssisələrində çalışıb.
 
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialı yaradıldıqdan sonra burada işləməyə qərar verib. Əvvəlcə Səhmdar Cəmiyyətin təşkil etdiyi tədris-hazırlıq kursunda iştirak edərək xalçaçılıqla bağlı bilik və bacarıqlarını təkmilləşdirib. 2018-ci ilin dekabr ayından “Azərxalça”nın Abşeron filialında toxucu kimi fəaliyyətə başlayıb.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı