AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Bayatı" folklor qrupu

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Hacıbədəlli kənd Uşaq musiqi məktəbinin “Bayatı” folklor qrupu 1997-ci ilin mart ayında yaradılmışdır. Kollektivinin yaradıcısı və bədii rəhbəri Əliyeva Məhbubə Bəşir qızıdır.
 
Folklor qrupu musiqi məktəbinin müəllim və şagirdlərindən təşkil olunmuş və 14 nəfərdən ibarətdir. “Bayatı” folklor qrupunun repertuarını xalq oyunları, bayatılar və unudulmuş xalq mahnılarından hazırlanmış tamaşalar təşkil edir. Folklor qrupunda ssenariləşdirilən həmin tamaşaların müəllifi qrupun bədii rəhbəri Məhbubə Əliyevadır.
 
“Bayatı” folklor qrupu yarandığı dövrdən bu günə kimi ölkə və rayon əhəmiyyətli mədəni-kütləvi tədbirlərdə uğurla çıxış etmişdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı