AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qoşa nağara ustası Sadıq Zərbəliyev

1951-ci il aprelin 11-də Kürdəmir rayonunda musiqiçi ailəsində anadan olub. Atası zurna-balaban ifaçısı, qardaşı Ağabəy isə gözəl səsə malik xanəndə olub. Onda musiqiyə marağı atası, qardaşı oyadıb.
 
Sadıq Zərbəliyev orta təhsilini Kürdəmir rayon 1 saylı orta məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 1973-cü ildə Bakıya gəlir və Respublikasının Əməkdar artisti Baba Salahovun ansamblında xalq artistləri Vəli Qədimov və Aftandil İsrafilovla bir yerdə çalışır. Sadıq Zərbəliyev 1975-ci ildən bu günə qədər SSRİ Xalq artisti və millət vəkili Zeynəb Xanlarova ilə bir yerdə çalışır.
 
ABŞ, İordaniya, Suriya, Yəmən, Türkiyə, Əlcəzair, Tunis, Hollandiyada səfərlərdə olub, Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. 1998-ci ildə birbaşa Xalq artisti adına layiq görülüb, 2006-cı ildən isə Prezident təqaüdçüsüdür.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı