AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Aşıq Xamis Xanışoğlu

Aşıq Xamis Xanışoğlu (Zaidov) 1976-cı ildə Qobustan rayonunun Nabur kəndində sənətkar ailəsində anadan olub. Atası ustad aşıq Xanış oğlunun hələ kiçik yaşlarından saza-sözə maraq saldığını görüb onunla maraqlanmağa başlamış və onun bir çox istedadını üzə çıxartmışdır.
 
Aşıq sənətində göstərdiyi nümunəvi iştirakına görə Aşıq Xamis 1985-ci ildə Aşıqlar Birliyinin sədri mərhum Hüseyn Arif tərəfindən fəxri fərmanla təltif edilmişdir. Bir çox bayram tədbirlərinin, festivalların iştirakçısı və qalibi olmuşdur. Yaşının az olmasına baxmayaraq pambıq tarlalarında, ictimai tədbirlərdə iştirak etmiş, qəzet və jurnallarda (“Bərəkət”, “Kənd soveti”, “Azərbaycan”, “Mədəniyyət” və s.) onun haqqında məqalələr çap olunmuşdur.
 
Aşıq Xamis 1996-cı ildə aşıqlıqdan ayrılsa da, bu sənətə olan sonsuz məhəbbəti 2005-ci ildə onu yenidən bu sənətə qaytarmışdır. 2010-cu ildə canı qədər çox sevdiyi atası ustad aşıq Xanışın vəfatı onu sarsıtmış və yenidən sənətdən uzaqlaşmasına səbəb olmuşdu. Aşıq Xanış sənətinə sonsuz ehtiram bəsləyən insanların danlağı, tənəsi və ustadının ona olan vəsiyyəti Xamisi 19 aydan sonra yenidən aşıq sənətinə qaytardı.
 
Aşıq Xamis bir çox xalq dastanlarını gözəl bilməklə yanaşı, özü də bir neçə dastanın müəllifidir. Hazırda həm aşıq, həm də klassik ədəbiyyat janrlarında yazdığı 400-dən çox şeirin müəllifidir. Onun bəzi şeirlərinə mahnılar bəstələnmiş, tanımış müğənnilər tərəfindən oxunmuşdur.
Azərbaycan Aşıqlar Birliyinin üzvidir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı