AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Kəndirbazlar" xalq kollektivi

Ələkbərov Rəşid Hüseyn oğlu 1949-cu ildə Mingəçevir şəhərində anadan olub. Ustadı olan atası kəndirbazlıq sənətinə olan həvəsini nəzərə alaraq, 7 yaşından ona bu sənətin incəliklərini öyrətməyə başlayıb. Azərbaycanın bütün bölgələrində, eləcə də, keçmiş Sovet İttifaqının tərkibində olan respublikaların müxtəlif şəhərlərində kəndirbazlıq sənətinin incəliklərini nümayiş etdirib. Bu sənətə olan sevgisi onu "Kəndirbazlar" kollektivini yaratmağa sövq etmişdir. Nailiyyətlərlə dolu proqramların nəticəsi olaraq kollektiv müxtəlif fəxri fərmanlar, tərifnamələr və laureat diplomları ilə təltif edilmişdir.
 
1988-ci ildə Mədəniyyət Nazirliyinin xətti ilə 45 günlük qastrol səfəri çərçivəsində kollektiv Azərbaycanı Fransanın 23 şəhərində uğurla təmsil etmişdir. 30 mart 1985-ci ildə kollektivinə “Xalq kollektivi” adı verilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 11 aprel 1988-ci il tarixli fərmanı ilə Ələkbərov Rəşid Hüseyn oğluna II Respublika xalq yaradıcılığı festivalında fəal iştirakına görə Azərbaycan SSR-nin "Əməkdar mədəniyyət işçisi" adı verilib.
 
"Kəndirbazlar" xalq kollektivi öz fəaliyyətini bu gün də davam etdirir və yeni-yeni davamçılar yetirir. Kollektiv Novruz şənliklərində və folklorumuzu təbliğ edən kütləvi tədbirlərdə fəal iştirak edir. Bu sənəti yaşatmaq məqsədilə həvəskarlarla ciddi və gərgin məşqlər aparır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı