AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Tənburçu Turac Turacov

Turacov Turac Musa oğlu 1961-ci il yanvarın 1-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 1968-ci ildə Suvagil kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərində texniki peşə məktəbinə qəbul olub. Oxuduğu müddətdə əmək fəaliyyəti ilə məşğul olub. 1980-82-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidməti bitirdikdən sonra Zaqatala şəhər musiqi məktəbində qarmon ixtisası üzrə qiyabi təhsil alıb. Suvagil kənd 1 saylı uşaq bağçasında musiqi müəllimi kimi işləməyə başlayıb. 1985-ci ildə Mədəniyyət şöbəsinə işə düzəlib və müxtəlif vəzifələrdə çalışıb. Hazırda Suvagil kənd Folklor evində “Ceyranım” folklor xalq kollektivində xormeystir vəzifəsində çalışır.
 
Turac Turacov hələ məktəbdə oxuyarkən tənbur alətinə maraq göstərib. Atası Turacov Musa Qazıməhəmməd oğlu Zaqatala rayonunun məşhur tənbur ifaçılarından biri idi. Turac Turacov atasından öyrəndiyi bu sənəti bu gün də davam etdirərək unudulmaqda olan tənbur havalarını gənc nəslə çatdırır. O, tənburda ifa etməklə yanaşı həm də tənbur ustası kimi tanınır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı