"Həcər" halay folklor qrupu
Qadınlardan ibarət olan bu folklor qrupu 1970-ci ildə Masallı rayonunun Şərəfə kəndində yaranmışdır. 2012-ci ildən “Həcər“ halay folklor qrupu adı altında fəaliyyət göstərir. Halay qrupunun bədii rəhbəri Dürdanə Hüseynovadır. Qrup 8 üzvdən ibarətdir. Respublika və rayon tədbirlərində fəal iştirak edən halay qrupu müxtəlif fəxri fərmanlara layiq görülmüşdür. Qrupun repertuarı toy, xına, nişan və gəlin gətirəndə oxunan mahnılardan ibarətdir. Onların arasından “Nanay-nanay”, “Ey yara xoş gəldin deyin”, “Naz atdı yar yara”, “Ay qız, bənövşə dərməyə gəlmişəm” kimi mahnıların adını çəkmək olar.