AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sazbənd Qurbanəli Qurbanov

Sazbənd Qurbanəli Qurbanov 1954-cü ildə Şəkinin Köbər Zəyzid kəndində anadan olub. Şəkidə saz düzəldən yeganə sənətkar kimi tanınır. Onda bu peşəyə maraq hələ uşaq yaşlarından atasından keçib. Qoyunçuluqla məşğul olan çoban Mahmud kişi həm də şair təbiətli, “sinədəftər” adam olub. Əksər dastanları, aşıq şerlərini əzbərdən bilirmiş. Hətta özü üçün sadə bir saz düzəldərək çalmağı da öyrənibmiş.
 
Usta Qurbanəlinin qardaşı Sakit Aşıq Şəmşirin yanında aşıqlıq sənətinin sirlərinə yiyələnib və dövrünün tanınan aşıqlarından biri olub. Usta Qurbanəli saz havalarını qardaşı qədər mahir ifa edə bilməsə də, meylini saz düzəltməyə salıb. Keçən əsrin 70-ci illərindən sazbəndlik sənəti ilə peşəkar səviyyədə məşğul olan usta, ömrünü, gününü bu peşəyə bağlayıb. İlk sifarişlərini də elə həmin vaxtlar alıb.
 
Hazırda Şəkidə sazbəndlik sənəti ilə məşğul olan sənətkar olmadığı üçün saza tələbat da azalmışdır. Ona görə usta Qurbanəli nəfəs musiqi alətlərinin hazırlanması ilə də məşğul olur. Onun düzəltdiyi zurna, balaban, tütək və digər nəfəs alətləri Şəkinin musiqi dükanları ilə yanaşı, paytaxt Bakı şəhərində də satılır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı