"Ceyranım" folklor ansamblı
Zaqatala rayonu Suvagil kənd Folklor evinin “Ceyranım” folklor ansamblı 1973-cü ildə yaradılıb. Hazırda ansamblın rəhbəri Qədir Qurbanovdur.
Ansambl 1987-ci ildə Respublikada keçirilən Ümumittifaq festivalında, 2006, 2008, 2011-ci illərdə Respublikamızda keçirilən Azsaylı xalqların folklor festivallarında və bir çox müsabiqələrdə iştirak etmişdir. 2014-cü ildə 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü ilə əlaqədar ansambl Lider televiziyasına dəvət olunmuş və geniş proqramla çıxış etmişdir.
Ansambl 2015-ci ildə Şəki şəhərində keçirilən İpək yolu Beynəlxalq Festivalında fəal iştirak etmiş və mükafatla təltif olunmuşdur. 2016-cı ildə Azsaylı xalqların V Respublika Festivalında iştirakına görə kollektiv Mədəniyyət və Turizm Nazirliyinin diplomuna layiq görülmüşdür.
1994-cü ildə “Ceyranım” ansamblına “Xalq kollektivi” adı verilmişdir. Kollektivin repertuarına saxurların toy adətləri, xınayaxdı mərasimi, “Ala gözlüm”, “Ceyranım”, “Tello”, “Salam-Məlik”, “Sarıbaşlı” və s. saxur mahnıları və rəqsləri daxildir.