AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Süleyman Mehralı oğlu Süleymanov

1946-cı ildə Kəl­bəcər rayonunun Ağca­kənd kəndində sənətkar ailə­­­­sində anadan olub. Atası Mehralı kişi qeyri-adi iste­dada malik şəxs idi. Dəl­lək­lik, dərzilik, sazbənd­lik, tür­kəçarəlik kimi bir çox sə­nətləri bilməklə yanaşı, həm də gözəl nağıl ustası idi. Uzun qış gecələrində kəndin camaatı Mehralı kişinin evinə toplaşar, onun maraqlı söhbətlərinə qulaq asardılar.
 
Süleyman Mehralı kişinin ikinci oğludur. İncəsənətə, şeirə maraq ona atasından keçmişdir. Hərbi xidmətdə olduğu zaman hər­bi hissədə bədii özfəaliy­yət kollektivi yaradıb maraqlı səhnələr təş­kil etməklə özünün sənətə bağlılığını bir daha göstərmişdir. Əsgər­liyini başa vurduqdan sonra Ağca­kənd kəndində mədəniyyət evinin müdiri təyin olunur. “Kilim­arası”, “Maral oyunu”nu kimi oyunların yaşadılıb bu günə çatdırıl­ma­sında onun böyük xidmətləri olmuşdur. Ona qədər atası Mehralı kişi bu sənəti yaşatmış, həm Ağcakənddə, həm də qonşu kəndlərdə toylarda həmin oyunları nümayiş etdirmişdir. Mehralı kişi yaşla­şandan sonra həmin sənəti davam etdirməyi oğlu Süleymana vəsiy­yət edir. Məhz onun sayəsində vaxtilə Azərbaycanın müxtəlif böl­gələ­rində oyna­nı­lan “Kilimarası”, “Maral oyunu” bu gün ancaq Ağca­kənddə qorunub saxlanılır. O, bu oyunları yaşatmaqla yanaşı, onları təkmilləşdirmiş, həmin oyunları yaşadacaq yeni nəsil yetişdir­mişdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı