AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Şahnabat" xalq çalğı alətləri ansamblı

Qusar rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Şahnabat” xalq çalğı alətləri ansamblı 1971-ci ildə yaradılmışdır. Kollektivin rəhbəri Əməkdar mədəniyyət işçisi Nuviddin Cigərovdur. Kollektiv 5 nəfərdən ibarətdir. Ansambl 1988-ci ildən “Xalq kollektivi” adını almışdir. Kollektivin repertuarına Azərbaycan, ləzgi, türk və digər xalqların mahnıları daxildir. “Şahnabat” xalq kollektivi fəaliyyəti müddətində Moskvada “Azərbaycan mədəniyyəti günləri” tədbirində, II Ümumrespublika Festivalında,1989-cu ildə Dağıstanda azsaylı xalqların festivalında (1989-cu il), Türkiyədə “Türk müzik” festivalinda (1992-ci il) iştirak etmişdir. Dəfələrlə diplom və fəxri fərmanlarla təltif olunmuşdur

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı