Sənətkar Zeynalova Gülnaz Sadıq qızı
“Toxuculuq” dərnəyinin üzvü Zeynalova Gülnaz Sadıq qızı 1970-ci ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olub. 1989-cu ildə Cəmilli kənd orta məktəbini bitirib, 1990-cı ildə Cəmilli kənd kitabxanasında kitabxana müdiri işləyib. 1994-cü ildə Bərdə rayon 105 nömrəli Texniki peşə məktəbində kənd təsərrüfatı üzrə mühasib ixtisası alıb. Hazırda Goranboy rayon Börü qəsəbəsində yaşayır, Xocalı rayon Mərkəzi Kitabxana Sisteminin Oxu zalının müdiri işləyir. Toxuculuqda əsasən rəngli saplardan, dekorativ əşyalardan, muncuqlardan istifadə edir. Gülnaz Zeynalova Novruz bayramı və digər bayramlarda, tədbirlərdə adət-ənənələrimizi yaşadan əl işləri ilə rayon sakinlərində üzvü olduğu dərnəyə böyük maraq oyatmışdır.