AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Təbəssüm" xalq rəqs ansamblı

“Təbəssüm” xalq rəqs ansamblı 1978-ci ildə təşkil olunmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 14 sentyabr 1995-ci il tarixli qərarı ilə “Xalq kollektivi” adına layiq görülmüşdür. Ansamblın repertuarına milli və dünya xalqlarının rəqsləri daxildir. Ansambl istər Xətai rayonu, istərsə də ümumşəhər tədbirlərində dəfələrlə iştirak etmişdir. Hərbi hissələrdə, uşaq evlərində, internat məktəblərində, ahıllar evində dəfələrlə konsert proqramları ilə çıxışlar edib. Bundan başqa, Dənizkənarı Milli Parkda keçirilən Novruz şənliklərində, Gül bayramında rəngarəng rəqslərlə çıxış edib. Həmçinin, Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsinin təşkilatçılığı ilə müxtəlif beynəlxalq festival və müsabiqələrdə müvəffəqiyyətlə ölkəni təmsil edib. Ansambl Türkiyə, Rusiya, Gürcüstan, Bolqarıstan, Kipr və s. ölkələrdə keçirilən tədbirlərdə iştirak etmiş, fəxri fərman və diplomlarla təltif olunmuşdur. Hazırda ansamblın 56 üzvü var.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı