AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Saatlı rayon Mədəniyyət Mərkəzi

Saatlı rayon Mədəniyyət Mərkəzi 1980-ci ildən fəaliyyət göstərir. Mədəniyyət Mərkəzinin nəzdində 15 klub, 9 mədəniyyət evi vardır. Bu klub və mədəniyyət evlərinin səkkizi profilləşdirilmişdir. Profilləşdirilən müəssisələr Nəsimikənd Folklor evi, Mircəlalkənd Yaradıcılıq evi, Şirinbəy kənd Folklor evi, Cəfərxan kənd Diyarşünaslıq evi, M.F.Axundzadə adına Fətəlikənd Diyarşünaslıq evi, Novruzlu kənd Diyarşünaslıq klubu, Hacıqasımlı kənd Diyarşünaslıq klubu, Varxankənd Diyarşünaslıq klubu. Profilləşdirilmiş filiallarda sənətkarlıq, folklorşünaslıq və diyarşünaslıq istiqamətləri üzrə müxtəlif dərnək və birliklər fəaliyyət göstərir.
 
Nəsildən-nəsilə ötürülən milli adət və ənənələrimizi qorumaq, təbliğ və inkişaf etdirmək mədəniyyət işçilərinin işinin tərkib hissəsidir. Xüsusilə folklorşünaslıq, diyarşünaslıq və sənətkarlıq sahələrinin öyrənilməsi qeyri-madii mədəni irsin qorunmasına, xalq yaradıcılığının inkişafına və təbliğinə kömək edir. Rayon Mədəniyyət Mərkəzi qeyd olunan istiqamətləri daim diqqət mərkəzində saxlayır. Rayon Mədəniyyət Mərkəzinin kollektivi əhalinin istəklərini, maraqlarını nəzərə alaraq təsərrüfat hesablı dərnək və kurslar təşkil edir. Bu gün rayon Mədəniyyət Mərkəzidə yeddi bədii özfəaliyyət kollektivi, bədii qiraət dərnəkləri, musiqi alətləri üzrə müxtəlif dərnəklər, folklor, sənətkarlıq və diyarşünaslıq yaradılmaları fəaliyyət göstərir. Dərnəklərə öz işini yüksək səviyyədə bilən mütəxəssislər rəhbərlik edir. Saatlı rayonu ərazisində qədim yaşayış məskəni kimi tanınan Azadkənd, Cəfərxan, Novruzlu, Hacıqasımlı, Varxankənd, Qaralar və digər kəndlərdə uzunömürlü insanlarla söhbətlər aparılır, onların yaddaşında olan xalq yaradıcılığı nümunələri toplanır, qeyri-maddi mədəni irs tədbirlərinin keçirilməsində istifadə olunur.
 
Mütəmadi olaraq rayon Mədəniyyət Mərkəzi və onun filiallarında “Azərbaycanın qeyri-maddi mədəni irsi”, “Saatlıda Azərbaycan xalq dekorativ, tətbiqi və təsviri sənət ənənələrinin dirçəldilməsi”, “Qeyri-maddi mədəni irs sahəsində şifahi xalq yaradıcılığının rolu və əhəmiyyəti”, “Bizim diyar və onun tarixi”, “Mərasim və ayinlər xalqın yaddaşında” mövzularında tədbirlərin keçirilməsi ənənə halını almışdır. Bu mövzuda keçirilən tədbirlərə orta məktəblərin tarix, dil və ədəbiyyat müəllimləri dəvət olunur, mühazirələr təşkil edilir. İl ərzində “Milli oyun-tamaşalar və onların təbliği” mövzusunda tədbirlərə üstünlük verilir. Saatlı rayon Dövlət Rəsm Qalereyasında mütəmadi olaraq təsviri sənət əsərlərinin, bədii tikmə nümunələrinin sərgisi təşkil olunur.

Əlaqəli nümunələr

Günün nümunəsi

İçkilər

Azərbaycan mətbəxinə məxsus ənənəvi içkilər alkoqolsuz və çoxçeşidli olması ilə seçilir. Azərbaycan süfrəsində istifadə olunan alkoqolsuz içkilərin bir qismi (çay, qəhvə, meyvə şirələri, ayran, atlama, körəməz, ovduq) gümrah​laşdırıcı və sərinləşdirici xüsusiyyətlərə malikdir. Əsasən, bu içkilər yağlı xörəklərin yaxşı həzm edilməsində faydalı olduğu kimi, insan oranizmində maddələr müb...

Ətraflı