AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Neftçala rayon Mədəniyyət Mərkəzi

Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyət Mərkəzi 01.07.2015-ci ildən mərkəz kimi fəaliyyət göstərir. Xalq yaradıcılığının, itməkdə olan sənətkarlıq sahələrinin, dekorativ-tətbiqi sənət nümunələrinin, qədim yaşayış yerlərinin öyrənilməsi, adət-ənənələrimizin təbliği, bərpası və gələcək nəsillərə ötürülməsi, xalqın asudə vaxtının səmərəli təşkili bu gün klub müəssisələrimizin qarşısında duran vacib məsələlərdəndir. Məhz ona görə il boyu təşkil olunmuş tədbirlərin böyük əksəriyyəti qeyri-maddi mədəni irsimizin qorunması və təbliğinə yönəldilmişdir. İtməkdə olan sənət sahələri ilə məşğul olan ustaların gənc nəslə tanıdılması və bu sənətkarlıq sahələrinin təbliğ edilməsi məqsədilə müəyyən işlər aparılmış, bu istiqamətdə tədbirlər təşkil edilmişdir. Mədəniyyət Mərkəzi 25 filialı ilə əhaliyə xidmət göstərir. Bunlardan 5-i folklor evi, 2-si diyarşünaslıq evi, 5-i mədəniyyət evi, 1-i sənətkarlıq klubu, 12-si klub müəssisəsidir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Qohum-əqrəba

Azərbaycanlıların qohumluq münasibətlərini Q.Cəfərov dilçilik nöqteyi-nəzərindən bioloji, sosioloji qohumluq terminləri kimi səciyyələndirir. Bioloji-sosioloji qohumluq terminlərinin iki kateqoriyası vardır: 1) Qan qohumluğu terminləri. 2) Nikah qohumluğu terminləri. Bunlar müstəqil mikrosistemlər əmələ gətirirlər. Qan qohumluğu üzrə: ata, ana, baba, nənə (ulu baba, ulu nənə), oğul,...

Ətraflı