AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Cəbrayıl rayon Mədəniyyət Evi

Cəbrayıl rayon Mədəniyyət evi 1947-ci ildə təşkil olunmuşdur. 1970-ci ildə gözəl ifaçılıq qabiliyyətləri ilə hamını heyran edən Zahid Kazımov, Fərəməz Əliyev (tar), Əli Quliyev (kamança), Xurşud Əliyev, Nadir Nəsirov (zurna), Aydın Hüseynov (nağara) və başqalarının istirakı ilə Mədəniyyət evində “Çinar” mahnı və rəqs ansamblı yaradıldı, qısa bir zamanda ansamblın səsi-sorağı bütün respublikaya yayıldı. 1975-ci ildə ansambl Moskvada Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində, 1976-cı ildə Vilnüs şəhərində respublikamızı təmsil etdi. Respublikanın əməkdar artisti Yaqut Abdullayeva, xanəndə Zahid Quliyev, Hüseyn Əliyev, Fatma Əhmədova, İldırım Fərhadoğlu, Şamil Əhmədov və digərləri bu ansamblın yetirmələridir.
 
Cəbrayıl rayonu 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər Mədəniyyət evinin tərkibində 63 klub müəssisəsi var idi. Onlardan 1-i rayon mədəniyyət evi, 12-si kənd mədəniyyət evi və 50-si kənd klub müəssisəsi idi. Hazırda Rayon Mədəniyyət evinin tərkibində 16 kənd klub müəssisəsi fəaliyyət göstərir. Cəbrayıl rayon Mədəniyyət evi 2017-ci ildə irili-xırdalı 100-ə yaxın tədbirdə fəal iştirak etmişdir. Mədəniyyət evi vaxtaşırı hərbi hissələrdə konsert proqramları təşkil edir, hər il ümumrayon Novruz şənliklərinin təşkilində yaxından iştrak edir. Tədbirdə Novruz personajlarının çıxışları və ifa olunan musiqilər tamaşaçıların zövqünü oxşayır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Xovlu xalça

Düyünləmə, yaxud qullabı ilmə texnikası ilə əmələ gələn xovlu xalçalar Azərbaycan xalça sənətinin həm texniki, həm də bədii cəhətdən inkişafının ən yüksək mərhələsinin məhsulu sayılır. Hələ eramızdan əvvəl tətbiq olunan bu toxuma üsulu digər üsullardan fərqli olaraq mürəkkəb kompozisiyaların tətbiq edilməsinə imkan yaratmışdı. Yeni toxuma üsulunun inkişafı ilə əlaqədar yeni istehsalat ...

Ətraflı