AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Daşkəsən rayon Mədəniyyət Mərkəzi

Daşkəsən rayon Mədəniyyət evi 2015-ci ildən mərkəz kimi fəaliyyət göstərir. Mərkəzin rayonun kənd və qəsəbələrində 38 filialı fəaliyyət göstərir. Mərkəz tərəfindən rayon ərazində əhalinin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif tədbirlər keçirilir. 20 yanvar hadisələrinin 27-ci ildönümü, 2 fevral Gənclər günü, 26 fevral Xocalı faciəsi, 8 mart Beynalxalq qadınlar günü münasibəti ilə keçirilmiş tədbirlər, “Novruz” bayramı və 9 may Qələbə günü münasibətilə “N” saylı hərbi hissənin əsgərləri qarşısında verilmiş konsertlər, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü, 28 may Respublika günü, 15 iyun “Milli Qurtuluş günü”, 26 iyun “Silahlı Qüvvələr günü” münasibəti ilə verilmiş konsertlər Mərkəzin 2017-ci ildə iştirak etdiyi tədbirlərin sadəcə bir qismidir.
 
“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Daşkəsən rayon Mədəniyyət Mərkəzində həftədə üç gün bədii filmlər, vətənpərvərlik mövzusunda filmlər, sənədli filmlər və cizgi filmləri nümayiş olunur. Mərkəzdə “Qoşqar” xalq çalğı alətləri ansamblı da fəaliyyət göstərir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı