AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xızı rayon Mədəniyyət Mərkəzi

C.Cabbarlı adına Xızı rayon Mədəniyyət Mərkəzi 1996-cı ildə yaradılıb. Mərkəzin yerləşdiyi bina Sumqayıt Regional Mədəniyyət İdarəsinin balansındadır. Üç otaq və bir tamaşaçı zalından ibarət olan binanın ümumi sahəsi 310 m2-dir. Mərkəzin fəaliyyət sahəsinə xalq adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub saxlanması, milli musiqi və rəqslərin təşviqi, şifahi xalq yaradıcılığı nümunələrinin qorunması, xalq oyun və tamaşalarının bərpası və s. daxildir. Mədəniyyət mərkəzinin tabeçiliyində iki kənd mədəniyyət evi - Şuraabad qəsəbə sənətkarlıq evi, Altıağac qəsəbə diyarşünaslıq evi və beş kənd klubu - Giləzi qəsəbə folklor klubu, Yeni Yaşma kənd klubu, Sitalçay kənd klubu, Tıxlı kənd klubu, Ağdərə kənd klubu fəaliyyət göstərir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Toy nəğmələri

Toy Azərbaycan məişət mərasimləri arasında adət-ənənələrinin zənginliyi və rəngarəngliyi, əvvəldən axıradək bayram ab-havasında keçirilməsi ilə seçilir. Qədim tarixə malik Azərbaycan toy ənənələri şifahi-poetik elementləri, xoreoqrafiya və musiqi sənətini özündə birləşdirməklə uzun illər ərzində formalaşdırılmış və təşəkkül tapmış, yeni dövr ənənəsi ilə yanaşı, qədim dövrün adət-ənənəl...

Ətraflı