AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Lerik rayon Mədəniyyət Mərkəzi

Lerik rayon Mədəniyyət Mərkəzi 1946-cı ildən fəaliyyət göstərir. 2015-ci ilə qədər Lerik rayon Mədəniyyət evi kimi fəaliyyət göstərmiş, Mədəniyyət və Turizm Nazirliyinin 2015-ci il tarixli əmrinə əsasən Mədəniyyət Mərkəzi adını almışdır. Mərkəzin sahəsi 1860 kv.m-dir. Mərkəz 2010-cu ildə əsaslı təmir olunmuş, açılışına ölkə başçısı cənab İlham Əliyev gəlmişdir. Müəssisə telefon və internet rabitəsiylə, müasir avadanlıqlarla təchiz edilmişdir. İki mərtəbəli binada xüsusi layihə üzrə tikilmiş 15 otaq, 1 iclas zalı (tutumu 251 nəfər) və 1 sərgi zalı vardır.
 
Lerik rayon Mədəniyyət Mərkəzində 11 nəfər çalışır. Aparılan islahatlar nəticəsində hazırda mərkəzin nəzdində 47 klub fəaliyyət göstərir. Klublar qeyri-maddi mədəni irsin qorunması, xalq yaradıcılığının dəstəklənməsi istiqamətində fəaliyyətlərini daha da möhkəmləndirmək üçün folklor, xalq yaradıcılığı və diyarşünaslıq sahəsi üzrə konkret profillərə ayrılmışdır. Mədəniyyət Mərkəzi klub filialları ilə birlikdə rayonda 83784 nəfərə xidmət edir. Mərkəzin öz nəzdindəki dərnəklərin 109, klub filiallarındakı dərnəklərin isə 1117 üzvü vardır. Mədəniyyət evləri və klublarda bədii özfəaliyyət kollektivləri və folklor ansamblları - “Rəfti” folklor kollektivi, “Bahar” instrumental ansamblı fəaliyyət göstərir.

Əlaqəli nümunələr