AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Füzuli rayon Mədəniyyət evi

Füzuli rayon Mədəniyyət evi XX əsrin 50-ci illərində yaradılıb. Müxtəllif illərdə rayon mədəniyyət evində fəxri mədəniyyət işçisi Eldar Novruzov, Təşkilat Nəsirov, müğənni Səyyad Əlizadə, Nadir Bayramlı, Eldəniz Məmmədov, Nüşabə Hüseynova, tar ifaçısı Ramiz Əliyev, xanəndə Ağabala Abdullayev kimi musiqiçilər nəsli fəaliyyət göstərmişdir. Mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin üzvü Məmməd Cavadov Üzeyir Hacıbəyovun tələbəsi olmuş və Bəstəkarlar İttifaqının üzvü kimi fəaliyyət göstərmişdir. O, həmçinin “Barı Naxçıvan”, “Füzuli” kimi bir sıra simfonik əsərlərin və kvartetlərin müəllifidir. Qəndab Quliyeva, İslam Rzayev “Xalq artisti”, Nizami Abdullayev isə “Əməkdar artist” fəxri adına layiq görülmüşdür.
 
İşğaldan əvvəl Mədəniyyət evinin özünün müstəqil binası olmuş və tabeçiliyində 42 mədəniyyət evi, 37 klub fəaliyyət göstərmişdir. Füzuli rayonu işğal edildikdən sonra Mədəniyyət evi yeni salınmış Qayıdış qəsəbəsində klub icma binasında fəaliyyət göstərmişdir. 2014-cü ildən isə öz fəaliyyətini Horadiz şəhər Muğam Mərkəzində davam etdirir. Hazırda Mədəniyyət evinin tabeçiliyində 16 mədəniyyət evi və 15 klub vardır. Mədəniyyət evi və ona tabe strukturlarda bədii qiraət, rəsm, rəqs, zərb alətləri, “Əl işləri” dərnəkləri və ödənişli əsaslarla ilk tibbi yardım, kompüter, qadın saç ustası kursları fəaliyyət göstərir. Son illərdə burada şair Vahid Əlifoğlunun “Vahid Əlifoğlu xatirələrdə” adlı yaradıcılıq gecəsi, bəstəkar, şair, ifaçı Bəhram Nəsibovun 75 illiyinə həsr olunmuş “Ayrılıq” adlı xatirə gecəsi, xalq artisti, dövlət mükafatı laureatı, “İstiqlal” ordenli, professor Tofiq Quliyevin 100 ilik, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun 130 illik, Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyləri yüksək səviyyədə təşkil olunmuşdur. Ötən aylar ərzində mədəniyyət evi və klub müəssisələrinin üzvləri arasında “Mən azərbaycanlıyam” bədii qiraət müsabiqəsi, “İstedad sorağında” rəqs müsabiqəsi və “Qarabağın səsi” səs müsabiqəsi keçirilmişdir. Tarixi abidələrin mühafizəsi günü ilə əlaqədar Füzuli rayon Mədəniyyət evi və kənd mədəniyyət müəssisələri işçilərinin “Tarixi abidələrimizi qoruyaq” devizi altında rayon ərazisindəki tarixi abidələrə Şeyx Babı Yaqub və Əhmədalılar türbələrinə ekskursiyası təşkil edilmişdir. Eləcə də ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar “Əl işləri” dərnək üzvlərinin güllərdən hazırladığı ekspozisiyaların sərgisi təşkil edilərək ictimaiyyətə təqdim edilmişdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Oyuq (kukla) tamaşaları

İctimai-məişət mövzuları üzərində qurulan Azərbaycan kukla tamaşaları əlamətdar günlərdə, xüsusilə şənliklərdə, toylarda nümayiş olunur. Kukla tamaşaları dedikdə, el arasında “bəbək”, “oyuq” və “ipdə oyuq” adı ilə tanınan və kuklaların iştirakı ilə göstərilən tamaşalar nəzərdə tutulur. Azərbaycanda oynanan belə oyunlara “Maral oyunu”, “Tapdıq çoban”, “Şah Səlim”, “Keçəl pəhləvan” və s....

Ətraflı