AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Müşfiqabad qəsəbə Mədəniyyət evi

Müşfiqabad qəsəbə Mədəniyyət evi 1987-ci ildə fəaliyyətə başlamışdır. Bu müddət ərzində mədəniyyət evinin özfəaliyyət kollektivləri bir sıra uğurlara imza atmış, qəsəbə sakinlərinin asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün bütün qüvvə və bacarıqlarını səfərbər etmişlər. Mədəniyyət evi dövlət proqramı çərçivəsində əsaslı təmir olunaraq 26 may 2014-cü ildə yenidən istifadəyə verilmişdir. Mədəniyyət evində “Aidə” xalq kollektivi, bədii qiraət və dram dərnəkləri, uşaq musiqi kurs və dərnəkləri, ”Ağsaqqal sözü“, “Sözün sehri”, “Gənc Turist” klubları və həvəskar birliklər fəaliyyət göstərir və bu yaradıcı birliklər öz ətrafında 200-ə qədər yeniyetmə və gənci birləşdirmişdir. Müşfiqabad qəsəbə Mədəniyyət evinin kollektivi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Qaradağ Rayon İcra Hakimiyyətinin xalqımızın milli, mədəni irsinin inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması sahəsində həyata keçirdiyi bütün layihələrdə yaxından iştirak etmişdir. Bədii Özfəaliyyət Kollektivlərinin Festivalında Mədəniyyət evinin kollektivləri iştirak etmiş və dəfələrlə diplom və fəxri fərmanlarla təltif olunmuşlar.

Əlaqəli nümunələr

Günün nümunəsi

Parça toxuculuğu

Azərbaycanda tarixən parça (kətan, qumaş, yun, ipək) istehsalının şalbaflıq, kətançılıq, bəzzazlıq və şərbaflıq kimi 4 sahəsi yaranmışdı. Bu sahələrin bir qisminin daxilində məmulat növləri üzrə dar ixtisaslaşma baş vermişdi. Məsələn, ipək parçanın istehsalı keci və xam ipək toxuculuğu kimi iki fərqli istiqamətdə inkişaf etmişdi. İpəkçilik təsərrüfatı erkən orta əsrlərdən təşəkkül tapd...

Ətraflı