AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ə.Əmirov adına Mədəniyyət Sarayı

Ə.Əmirov adına Mədəniyyət Sarayı Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşir. Saray 1951-ci ildə inşa edilmiş və fəaliyyətə başladığı vaxtdan bu günədək yaşından asılı olmayaraq hər bir vətəndaşın asudə vaxtının səmərəli və yüksək səviyyədə təşkil ediməsində əhəmiyyətli rol oynamışdır. Sarayda özfəaliyyət kollektivləri, "Laçın" instrumental ansamblı, uşaq studiyası, rəqs kollektivləri, dram və bədii qiraət dərnəkləri, rəsm dərnəyi, idmanın müxtəlif növlərindən ibarət kurslar fəaliyyət göstərir. Sarayın nəzdindəki "Laçın" instrumental ansamblı çağırışçıların hərbi xidmətə yola salınmasında, hərbi hissələrdə, cəbhə bölgələrində əsgər və zabitlər qarşısında maraqlı konsert proqramı ilə çıxışına, kukla studiyası kimsəsiz, valideyin himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün və şəhid ailələri üçün təqdim etdiyi xeyriyyə tamaşalarına görə diplom və fəxri fərmanlarla təltif olunmuşlar. Həmçinin Sarayın yaradıcı kollektivi faşizm üzərində qələbənin 60 illik yubileyinə həsr olunmuş yarışmada hərbi və əsgər mahnılarının ifasına görə diplomla təltif edilmiş, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının düzənlədiyi "Odlar Yurdu Azərbaycan" xalq yaradıcılığı müsabiqəsində isə 1-ci yerə layiq görülmüşdür. Mədəniyyət sarayı 2013 və 2015-ci illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən hərbi vətənpərvərlik sahəsində göstərdiyi xidmətlərə görə fəxri fərmanla təltif olunmuş, mədəniyyət işçilərinin Spartakiadasında isə 3-cü yerə layiq görülmüşdür. Bundan başqa, sarayın dram dərnəyi Bakı Şəhər Xalq Teatrları Festivalında fəal iştirakına görə fəxri fərmanla, səhnə tərtibatına görə isə diplomla mükafatlandırılmışdır. 

Əlaqəli nümunələr