AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin elektron portalı yeni nümunələrlə zənginləşir

May 21, 2020 16:11

Qeyri-maddi Mədəni İrs Nümunələri Dövlət Reyestrinin elektron portalı AMEA-nın Folklor İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu və Memarlıq İnstitutunun yaxından iştirakı ilə yeni-yeni nümunələrlə zənginləşməkdə davam edir. Bu gün Diyarşünaslıq bölməsinə məxsus daha üç nümunənin – “Boyaqçı”, “Çarıqçı” və “Çəkməçi” nümunələrinin məlumat bazası formalaşdırılmışdır. Məlumat bazasına nümunəyə dair xülasə, elmi ədəbiyyat, nümunənin pasportu, yayılma coğrafiyası və daşıyıcıları haqqında məlumatlar daxildir. Nümunələrin xülasələri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev tərəfindən yazılmışdır.
Həmin nümunələrlə aşağıdakı linklərdən tanış olmaq olar:
 
 
 

Günün nümunəsi

Çarıqçı

Çarıq bir ayaqqabı növü kimi qədimdən əhalinin geyiminə daxil idi. Bu baxımdan çarıqçılıq peşəsinin tarixi digər ayaqqabı növləri üzrə ixtisaslaşmış (çəkməçi, çustçu və s.) peşələrlə müqayisədə daha qədimdir. Çarığın geniş yayılmasının səbəbi bu ayaqqabı növünün kifayət qədər ucuz, çox sadə ölçü və biçimli olması idi. Hər bir kəndli özü asan başa gələn çarıq tiksə də, kəndlərdə 3-5 nə...

Ətraflı