AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Teşti" folklor rəqs kollektivi

“Teşti” folklor rəqs kollektivi 1971-ci ildə yaradılmışdır. Kollektiv Ağdaş rayonunda keçirilən bütün tədbirlərdə iştirak edir. Dəfələrlə respublika televiziyasının müxtəlif proqramlarına çəkilmiş, respublika əhəmiyyətli müsabiqələrin iştirakçısı olmuş və diplomlarla təltif olunmuşdur. Kollektivin repertuarında “Kür qırağı” , “Ay gedən, hil olum boynuna”, “Qapını cəftələ”, “Əmioğlu-Əmiqızı”, “Gəlin səhnəsi” və s. musiqili kompozisiyalar vardır.

“Teşti” folklor rəqs kollektivinin tərkibi Pirəzə kəndində yaşayan gənc qızlardan ibarətdir. Həmin kollektivə hazırda Yaqut Məmmədağa qızı Ədilova rəhbərlik edir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı