AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Qayi bulax" xalq kollektivi

“Qayi bulax” xalq çalğı alətləri ansamblı 1988-ci ildən Qusar rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərir. Kollektivin bədii rəhbəri Oktay Qaçabəyovdur. Kollektiv 5 nəfərdən ibarətdir. “Qayi bulax” ansamblı 1992-ci ildən “Xalq kollektivi” adını almışdır. Kollektiv fəaliyyəti dövründə rayonda, Sumqayıt və Bakı şəhərlərində ictimaiyyət qarşısında, həmçinin rayonda yerləşən hərbi hissədə və sərhəd bölgələrində əsgərlər qarşısında çıxış etmişdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Novruz bayramı

Milli bayramlar hər bir xalqın milli kim​liyini formalaşdıran, onu dünyada tanıdan əsas ünsür​lərdən biridir. Bir çox xalqlar dünyada milli bayramları ilə tanınmaları da məhz bundan irəli gəlir. Bayram​ları bu qədər önəmli edən əsas səbəb milləti bütünləşdirməsi, varlı-kasıb, böyük-kiçik fərqi qoyma​dan toplumun bütün üzvlərini bir araya gətirməsidir. Azərbaycanda belə bayramlardan bir...

Ətraflı