AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Sənətkar Cabarov Zakir Müştaq oğlu

Cabarov Zakir Müştaq oğlu 1965-ci ildə Quba rayonunun Rük kəndində anadan olub. Hazırda Xaçmaz rayonu, Canaxır kəndində yaşayır. Quba rayon Kənd Təsərrüfatı Texnikumunun məzunudur. Texniki əl işləri üzrə dərnək rəhbəridir. Hərbi gəmi, neft daşları, dəyirman, bulaq kompleksi, müxtəlif ölçülü qarışıq materiallardan qarışıq texniki üslublu sənət nümunələri hazırlayır. İş zamanı kəsici-deşici avadanlıqlar, çəkic, sıxıcı və s. alətlərdən istifadə edir. 2016-cı ildə Xaçmaz rayonunda keçirilən I Beynəlxalq Multikulturalizm festivalında, həmçinin rayonda keçirilən əl işlərindən ibarət sərgilərdə əsərləri nümayiş olunub.

Əlaqəli nümunələr

Günün nümunəsi

Xanəgah

Xanəgah dini-mənəvi həyat tərzi olmaqla, İslamın mənəvi aspektlərinə, mərasim və ayinlərinə ciddi riayət edildiyi məkan idi. Tarixdən xanəgahların sufi təriqətinə mənsub olduğu məlumdur. Xanəgah – sufilərin yığışdığı, daimi yaşadığı, müridlərə təhsil verilən, müsafirlərin qəbul edildiyi xüsusi evə, tikiliyə deyilir. Xanəgah sözünün etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. B...

Ətraflı