AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Qarqucaq folkor kollektivi

Folklor kollektivi 2015-ci ildə Goranboy rayon Qarqucaq kənd Folklor evinin nəzdində fəaliyyətə başlamışdır. Kollektivin 8 üzvü vardır. Kollektiv rayon və respublika festivallarında müntəzəm çıxışlar edir. Folklor kollektivi əsasən milli mətbəx və etnoqrafik nümunələr nümayiş etdirir. Göstərilən səhnədə məişət elementlərindən, toy və el şənliklərində, əkin-biçin mövsümlərində söylənilən söyləmələrdən istifadə olunur. Məsələn, zəmi biçimində “Sarı sünbülüm, orağı götür biç, sünbülüm”, yaylaq mövsümündə “İnəyim, qızıl inəyim, südü bal inəyim”, gəlin evdən köçən zaman “Getdiyin ev ruzili olsun, çörəkli, duzlu olsun” və sair folklor deyimlərindən istifadə olunur. Kollektivin çıxışları müxtəlif telekanallarında nümayiş olunmuşdur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Əkinçilik təsərrüfatı

Tarixən Azərbaycanın dağətəyi və düzən ərazilərində suvarma əkinçiliyi, dağlıq ərazilərdə isə dəmyə əkinçiliyi geniş yayılmışdır. Əsasən suvarma əkinçiliyi ilə bağlı olan, bir-birindən fərqli “çala”, “tala”, “dincəqoyma”, “herik”, “toxumdəyişmə” və s. əkinçilik sistemləri mövcud olmuşdur. Əkinçilik sistemləri yüksək əkinçilik mədəniyyətinin nəticəsi olmaqla yanaşı, xalq əkinçilik texni...

Ətraflı