AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

M.Ə.Sabir adına Balaxanı qəsəbə Xalq Teatrı

M.Ə.Sabir adına Balaxanı qəsəbə Xalq Teatrı 1967-ci ildə yaranmışdır. Yarandığı gündən dövlət tədbirlərində, festivallarda, Novruz şənliklərində müxtəlif tamaşalarla çıxış etmişdir. 2010-cu ildə Bakı şəhər Xalq Teatrları Festivalında “Şah Abbas və üç bacı” tamaşası ilə çıxış etmiş və “Ən fəal xalq kollektivi” nominasiyası üzrə fəxri fərmanla təltif edilmişdir. 2014-cü ildə Bakı şəhər Xalq Teatrları Festivalında “Bizim kəndin xınayaxdısı” adlı tamaşaya görə birinci dərəcəli diplomla, 2015-ci ildə keçirilmiş festivalda isə “Tıq-tıq xanım” tamaşasına görə fəxri fərmanla təltif edilmişdir. 2017-ci ildə II Respublika Xalq Teatrları Festivalında teatr “Heykəl danışır” tamaşası ilə çıxış etmiş və “Ən yaxşı kompozisiya” nominasiyası üzrə diplomla mükafatlandırılmışdır.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı