AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

"Aidə" xalq kollektivi

Müşfiqabad qəsəbə Mədəniyyət evinin “Aidə” xalq kollektivi 1995-ci ildə fəaliyyətə başlamışdır. Yarandığı gündən mədəniyyət evində keçirilən bütün tədbirlərdə, eləcə də hərbi hissələrdə, uşaq evlərində və qocalar evində maraqlı, rəngarəng proqramla mütəmadi olaraq çıxış etmişdir. “Aidə” xalq kollektivi dəfələrlə festival və müsabiqələrdə iştirak etmiş, fəxri fərman və diplomlarla mükafatlandırılmışdır. Xalq kollektivi fəaliyyət göstərdiyi müddətdə yaradıcı, istedadlı gənclərə xüsusi qayğı ilə yanaşmış, Azərbaycan musiqisinə, muğam sənətinə onlarla istedadlı gənc qazandırmışdır. Xalq kollektivinin nəzdində “Heyratı” muğam qrupu yaradılmışdır. Bu qrup da şəhər, rayon, eləcə də qəsəbə miqyasında keçirilən tədbirlərdə fəal iştirak edir. Qrupun üzvləri muğam müsabiqələrində uğurla çıxış edirlər.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı