AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Ağadadaş Qurbanov adına Xalq Teatrı

Binəqədi Mərkəzi Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən Ağadadaş Qurbanov adına Xalq Teatrı 1970-ci ildə yaranmışdır. Xalq teatrı Mirzə Fətəli Axundovun 200 illiyinə həsr olunmuş “Baxış“ müsabiqəsində, II Respublika Xalq Teatrları Festivalında fəxri fərmanla təltif olunmuşdur. Fəaliyyət göstərdiyi müddətdə xalq teatrı müxtəlif tipli əsərlər “Dost dara düşəndə” (Ə.Qurbanov) nağıl-pyesini, “Dursunəli və Ballıbadı” (S.M.Qənizadə), “Mürafiə vəkilləri” (M.F.Axundov) komediyalarını, “Zəhrimar” (A.Kəngərli) bir pərdəli pyesini və s. səhnələşdirmişdir. “Qanun naminə”, “Savalan”, “Ədalət və həqiqət”, “Carçı”, “Sərbəst” və digər qəzetlərdə xalq teatrının fəaliyyətinə həsr olunmuş məqalələr dərc olunmuşdur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Mövsüm nəğmələri

Azərbaycan mövsüm nəğmələri mərasim poeziyasının əsas qollarından biridir və bura təbiət hadisələri ilə bağlı, əkin və məhsul yığımı zamanı oxunan nəğmələr daxildir. Bu nəğmələr mərasimləri müşayiət etməklə bərabər özləri də mərasimin ayrılmaz bir parçasıdır və ondan kənarda ifa olunmur. Bu mərasimlərin əsasında sözün magik gücünə inam durur. Mərasimdə icra olunan fəaliyyət, oxunan söz...

Ətraflı