AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Müvəqqəti yaşayış evləri

Nümunənin reyestr kodu : DA0202000001

Tarixən Azərbaycanda daimi yaşayış evləri, əsasən oturaq təsərrüfatla, müvəq​qəti yaşayış evləri isə, əsasən yaylaq-qışlaq maldarlıq forması (köçmə mal​darlıq) ilə bağlı olmuşdu. Köçmə maldarlıqda mal​darlar öz mal-qarasını daimi yaşayış məskənlərindən xeyli aralıda yerləşən otlaqlara çıxa​randa ailələrinin bir hissəsi və yaxud hamısı yaylaqda müvəqqəti yaşayış evlərində yerləşir.

Maldar elata məxsus müvəqqəti yaşayış evlərinin xarakterik xüsusiyyətləri dairəvi və ya uzunsov planlı olması, əsasən yaylaqlarda qurulması, sadə quruluşa malik olub asanlıqla sökülüb-yığılması və s. idi. İnşaat texnikası və tikinti materiallarına görə, bu evlər daşqura, qarğı, ağac ev, plan quruluşuna görə, dairəvi-oval və s. olur. Yaylaq və qışlaqlar arasında hərəkətdə olan maldarların çubuq konstruksiyalı evləri yüngül, asan və tez başa gələndir. Tədricən quruluş və forma etibarilə bir-birindən fərqlənən “alaçıq”, “dəyə”, “muxur” (muxru), “qara keçə”, “dünnüklü ev”, “mağar”, “çadır” və s. yaranmışdı. Alaçıq tipli səyyar evlərlə yanaşı, elat qışlaqlarında “qazma”, “çovustan”, “pəyəbaşı”(tövlə-səki), “kümə”, “daxma”, “daxal”, “tapan”, “qom” kimi müxtəlif növləri təşəkkül tapmışdı.

Azərbaycanın maldar elatının istifadəsində olan müvəqqəti yaşayış evlərinin müx​təlif variantları içərisində “dəyə” və “alaçıq” üstünlük təşkil etmişdi. Alaçıqdan kiçik olan dəyə, möhkəmliyinə görə ondan geri qalır. Dəyə quruluşca sadə olur. Çubuqları kəsib ucları rəndələdikdən sonra dəyə tikilməsi üçün nəzərdə tutulmuş yerə dairəvi şəkildə, bir-birindən 40-50 sm aralı basdırırlar. Qarşı-qarşıya duran çubuqların uclarını əyərək yundan toxunmuş “örəmə” adlanan qotazlı ip vasitəsilə bir-birinə bağladıqdan sonra dəyənin gövdəsi hazır olur. Dəyənin üstü qarğıdan hörülmüş çətənlə (çitəmə, çığ) örtülür, yanları isə, keçədən olan “yan qəlibləri” ilə bağlanır. Qəlibləri külək atmasın deyə, ucların​dakı iplər vasitəsilə ya çəkib dəyə çubuqlarına bağlayır, ya da kənarlarından ağac, daş və s. asırlar.

Alaçıq daha mürəkkəb konstruksiyaya malikdir və həcminin böyüklüyünə görə dəyədən fərqlənir. Alaçığı qurmaq üçün gözəyarı müəyyən edilmiş yerə ağac mıxça çalıb, ucuna ip bağlayırlar. İpi mıxçanın dövrəsi boyunca 6-8 addımlıqda fırladaraq yerdə dairə çəkir və bu qayda ilə alaçığın dövrəsini müəyyən edirlər. Bundan sonra dairənin mərkəzinə təxminən 3-5 m hündürlüyündə “sunaça” (dirək) basdırılır. Sunaça həm alaçığın həcminin genişlənməsinə, həm də qəlibin ağırlığı altında çubuqların möhkəm dayanmasına təminat verir. Sunaçanın başına çəmbərəsi (sağanağı) boyunca 30-a qədər deşik açılmış çarpaz şəkilli və ya pərli çarx formalı “dünnük” keçirilir. Bir-birindən eyni məsafədə torpağa basdırılmış alaçıq çubuqlarının nazik ucları bu deşiklərə keçirilir. Bundan sonra çarxa bağlanmış ipi çubuqlar qövsvari görkəm alanadək aşağıya doğru tarım çəkir, sunaça yaxınlığında basdırılmış mıxlara bağlayırlar. Alaçığın yan çubuqlarının möhkəmliyini təmin etmək üçün bir-birinə paralel bir metr aralı “badaq çubuqları” bənd edilir. Bu qayda ilə göv​də hazır olduqdan sonra onun ətrafına çətən çəkib həmin gövdənin üzərinə qəlib salırlar.

Mаldаrlığın әsаs tәsәrrüfаt sаһәsi kimi inkişаf еtmәsi m. ә. III minillikdә yаylаqlаrdаn gеniş istifаdə еdilməsinә, dаğlıq yеrlәrindә müvәqqәti yаşаyış mәskәnlәrinin mеydаnа gәlmәsinә sәbәb оldu. İlk Tunc dövründə dairəvi evlər yaylaq maldarlığında geniş istifadə edilmiş, Orta Tunc dövründə isə düzbucaqlı, dördkünc evlər inşa edilmişdi. Əsrlər boyu maldar əhalinin müvəqqəti yaşayış evi kimi istifadə etdiyi dairəvi formalı dəyələr və ya alaçıqlar İlk Tunc dövründə meydana çıxmış, düzbucaqlı formalı müvəqqəti yaşayış evlə​rin​dən isə nisbətən sonralar – Orta Tunc dövründən istifadə olunmağa başlanmışdı. Həm dairə​vi, həm də düzbucaqlı formalı, yüngül quruluşlu müvəqqəti yaşayış evləri insanların ilk evtikmə təcrübəsinin minillər boyu yaşadığının sübutudur. Son Tunc (m.ə XIV-XII əsrlər) və Erkən Dəmir (m.ə. XI-VIII əsrlər) dövründə köçmə maldarlığın da təsərrüfatda əsas yer tutması ənənəvi müvəqqəti yaşayış evləri tikmək təcrübəsinin davam etməsinə gətirib çıxarmışdı.