AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Salyan rayon Mədəniyyət Mərkəzi

Mədəniyyət Mərkəzi (Mədəniyyət evi) 2011-ci ildən fəaliyyət göstərir. 2015-ci ildən Mədəniyyət mərkəzi statusu almışdır. Mərkəzin yerləşdiyi bina 2 foyedən, 1 zaldan, 5 yardımçı otaqdan ibarətdir. Mədəniyyət mərkəzi görkəmli tarixçi alim, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Əlövsət Quliyevin adını daşıyır. Mərkəzdə hazırda 11 dərnək və birləşmə, 5 xalq kollektivi, “Muğan” rəqs qrupu fəaliyyət göstərir.

Son illər rayonda Respublika səviyyəli bir sıra tədbirlər həyata keçirilmişdir. Bunlara misal olaraq, Xalq şairi Xəlil Rza Ulutürkün anım gecəsini, Beynəlxalq qadınlar gününə həsr olunmuş bayram konsertini qeyd etmək olar. Novruz şənliklərində mütəmadi olaraq teatrlaşdırılmış səhnəciklər nümayiş olunur. Novruz personajlarının çıxışları, ifa olunan musiqilər tamaşaçıların zövqünü oxşayır. Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən tədbirlər mütəmadi olaraq televiziya kanallarında və mətbuatda işıqlandırılmışdır. Mərkəzin tabeliyində 29 müəssisə - 1 şəhər, 9 kənd mədəniyyət evi, 5 şəhər klubu, 14 kənd klubu fəaliyyət göstərir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı