Neftçala rayon Mədəniyyət Mərkəzi
Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyət Mərkəzi 01.07.2015-ci ildən mərkəz kimi fəaliyyət göstərir. Xalq yaradıcılığının, itməkdə olan sənətkarlıq sahələrinin, dekorativ-tətbiqi sənət nümunələrinin, qədim yaşayış yerlərinin öyrənilməsi, adət-ənənələrimizin təbliği, bərpası və gələcək nəsillərə ötürülməsi, xalqın asudə vaxtının səmərəli təşkili bu gün klub müəssisələrimizin qarşısında duran vacib məsələlərdəndir. Məhz ona görə il boyu təşkil olunmuş tədbirlərin böyük əksəriyyəti qeyri-maddi mədəni irsimizin qorunması və təbliğinə yönəldilmişdir. İtməkdə olan sənət sahələri ilə məşğul olan ustaların gənc nəslə tanıdılması və bu sənətkarlıq sahələrinin təbliğ edilməsi məqsədilə müəyyən işlər aparılmış, bu istiqamətdə tədbirlər təşkil edilmişdir. Mədəniyyət Mərkəzi 25 filialı ilə əhaliyə xidmət göstərir. Bunlardan 5-i folklor evi, 2-si diyarşünaslıq evi, 5-i mədəniyyət evi, 1-i sənətkarlıq klubu, 12-si klub müəssisəsidir.