Zəngilan rayon Mədəniyyət Evi
Zəngilan rayon Mədəniyyət evi 1933-cü ildə fəaliyyətə başlamışdır. 1993-cü ilin oktyabrında Zəngilan rayonu işğal olunduqdan sonra Mədəniyyət evi fəaliyyətini dayandırmış, yalnız 2011-cü ildə fəaliyyətini bərpa etmişdir. Mədəniyyət evinin özfəaliyyət kollektivi əlamətdar və tarixi günlərdə keçirilən tədbirlərdə fəal iştirak edir.