AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xızı rayon Mədəniyyət Mərkəzi

C.Cabbarlı adına Xızı rayon Mədəniyyət Mərkəzi 1996-cı ildə yaradılıb. Mərkəzin yerləşdiyi bina Sumqayıt Regional Mədəniyyət İdarəsinin balansındadır. Üç otaq və bir tamaşaçı zalından ibarət olan binanın ümumi sahəsi 310 m2-dir. Mərkəzin fəaliyyət sahəsinə xalq adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub saxlanması, milli musiqi və rəqslərin təşviqi, şifahi xalq yaradıcılığı nümunələrinin qorunması, xalq oyun və tamaşalarının bərpası və s. daxildir. Mədəniyyət mərkəzinin tabeçiliyində iki kənd mədəniyyət evi - Şuraabad qəsəbə sənətkarlıq evi, Altıağac qəsəbə diyarşünaslıq evi və beş kənd klubu - Giləzi qəsəbə folklor klubu, Yeni Yaşma kənd klubu, Sitalçay kənd klubu, Tıxlı kənd klubu, Ağdərə kənd klubu fəaliyyət göstərir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı