AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

İmişli rayon Mədəniyyət Mərkəzi

İmişli rayon Mədəniyyət Mərkəzinin binası 1987-ci ildə tikilib istifadəyə verilmişdir. Əvvəl Mədəniyyət sarayı, 2015-ci ildən isə Mədəniyyət Mərkəzi adı altında fəaliyyət göstərir. Bina 1 giriş zalı, 1 foye, 1 tamaşa zalı, 36 inzibati və yardımçı otaqdan ibarətdir. Mədəniyyət Mərkəzinin (filialları ilə birlikdə) işçilərinin ümumi sayı 111 nəfərdir. Mədəniyyət Mərkəzinin ümumi sahəsi 4400 kv/m dir. Mərkəzin tabeçiliyində 1 şəhər klubu, 2 kənd mədəniyyət evi, 28 kənd klubu fəaliyyət göstərir. Mədəniyyət Mərkəzi öz işini günün tələbləri səviyyəsində qurmuş, mədəni-kütləvi tədbirlər keçirir, rayonda keçirilən bütün tədbirlərdə yaxından iştirak edir və rayon əhalisinə mədəni xidmət göstərir. Mədəniyyət Mərkəzinin binasında Uşaq Musiqi Məktəbi, 2 saylı şəhər kitabxanası, İmişli Dövlət Rəsm Qalereyası yerləşir. Mərkəzin kənd mədəniyyət evləri və klublarda aşağıdakı dərnəkləri fəaliyyət göstərir: bədii-qiraət dərnəyi, dram dərnəkləri, rəqs dərnəyi, ansambl dərnəyi, “Şəmsqrupu, “Araz” xalq çalğı alətləri ansamblı.
 
Müxtəfil illərdə rayon Mədəniyyət Mərkəzində Cabbar Musayev, Elxan Şirinov, Səxavət Babayev, xalq artisti adına layiq görülmüş, prezident təqaüdçüsü Niyaməddin Musayev, Simarə İmanova və s. musiqiçilər fəaliyyət göstərmişdir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı