AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Xocavənd rayon Mədəniyyət evi

İşğaldan əvvəl Xocavənd rayon Mədəniyyət evinin rayonun mərkəzində hər bir avadanlıqla təchiz olunmuş müstəqil binası olmuşdur. Xocavənd rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunqudan sonra qrum Beyləqan rayonu ərazisində yerləşmişdir. Məcburi köçkünlük həyatı yaşadığına görə qruma tabe bölmələr əvvəllər pərakəndə fəaliyyət göstəmiş, Mədəniyyət evi Xocavənd rayonunun məcburi köçkünləri üçün salınmış qəsəbədə yerləşdikdən sonra pərakəndə fəaliyyət göstərən klub və mədəniyyət müəssisələrini öz ətrafında sıx birləşdirmişdi. Hazırda qrumun yerləşdiyi binanın ümumi sahəsi 450 kv/m-dir. Mədəniyyət evində ştat cədvəli üzrə 7 nəfər çalışır. Onun tabeliyində 6 kənd mədəniyyət evi və 8 kənd klubu vardır. Əhalinin asudə vaxtının səmərəli təşkili və xalq yaradıcılıgının dəstəklənməsi məqsədilə mədəniyyət və klub müəssisələrində həvəskar dərnəklərbədii qiraət dərnəyi, rəsm dərnəyi, gənc təbiyyətçilər dərnəyi, “Əl işləri” dərnəyi, ansambl dərnəyi və s. fəaliyyət göstərir.
 
Xocavənd rayon mədəniyyət müəssisələri  öz işlərini günün tələbləri səviyyəsində qurmuşdur. Mədəniyyət evinin “Qarabağ” ansamblı 15 nəfər üzvü ilə hərbi hissələrdə Yeni il, Novruz, Ramazan, Qurban bayramları və digər əlamətdar günlərdə tədbirlər təşkil edir. Rayon mədəniyyət müəssisələrinin işçi qüvvəsi fərqlı proqramlarla əhalinin asudə vaxtının maraqlı təşkilini təmin edir. Novruz bayramında “Qarabağa yaz gələcək” devizi altında təşkil edilən konsert, Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Elimizə sarı uçan durna” adlı ədəbi-bədii kompozisiya, Xocavənd rayon Qaradağlı kəndinin işğalı ilə əlaqədar “Şəhidlər ölmür” səhnələşdirilmiş tamaşa, “Tarixin izləri” devizi altında Nərgiztəpə abidəsinə ekskursiya və s. Mərkəzin ötən dövrdə keçirdiyi tədbirlərin ancaq bir qismidir. Eləcə də, ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar rayon Mədəniyyət evində “Ölməz rəhbər” adlı ədəbi-bədii kompozisiya təşkil olunmuş və ulu öndərin ad günü münasibətilə “Hər birimiz bir gül əkək” şüarı altında Mədəniyyət evinin həyətində gül tingləri əkilmişdir. Bu gün məcburi köçkünlük həyatı yaşasa da, Xocavənd rayon Mədəniyyət evi öz fəaliyyətini genişləndirir, əhalinin vətənpərvərlik hissinin artması üçün mədəni-maarif işinin əsas prinsiplərindən ugurla istifadə edir.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı