AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Siyəzən rayon Mədəniyyət Mərkəzi

Mədəniyyət və Turizm Nazirliyinin 29 aprel 2015-ci il tarixli əmrinə əsasən Siyəzən rayon Mədəniyyət evi bazasında Mədəniyyət Mərkəzi yaradılmışdır. Mərkəzin 7 filialından 3-ü diyarşünaslıq üzrə, 1-i sənətkarlıq üzrə profilləşmişdir. Siyəzən rayon Mədəniyyət Mərkəzində "Arzu" instrumental ansamblı, bədii qiraət, "Pöhrə" rəqs qrupu, rəsm dərnəyi, saz dərnəyi, xanəndəlik dərnəyi fəaliyyət göstərir. İnsanların asudə vaxtının səmərəli təşkili, yeniyetmə və gənclər arasında vətənpərvərlik hislərinin təbliği və onlar arasında narkomaniya, zərərli vərdişlərə qarşı mübarizənin aparılması istiqamətində Mədəniyyət mərkəzi ədəbi-bədii gecələr, konsertlər, dəyirmi masalar, konfranslar, disputlar və s. keçirmişdir. Mərkəz adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və təbliği sahəsində müəyyən tədbirlər keçirmişdir. Siyəzən rayon Mədəniyyət Mərkəzinin “Arzu” instrumental ansamblının üzvləri regionda keçirilən tədbirlərdə yaxından iştirak etmişlər. “Pöhrə” rəqs ansamblı Bakı şəhərində keçirilən Novruz şənliyində gözəl çıxışlar etmiş, respublikanın müxtəlif telekanallarında ansamblın rəqsləri nümayiş olunmuşdur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı