Xocalı rayon Mədəniyyət evi
Xocalı rayon Mədəniyyət evi 1978-ci ildə yaradılmışdır. Mədəniyyət evi hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 2009-cu ildə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində 5 iş otağı, 150 yerlik zal və 1 foyedən ibarət bina tikilib istifadəyə verilmişdir. Mədəniyyət evində 7 ştat vahidi var, onlardan 5-i əsas, 2-si texnikidir. Rayon mədəniyyət evində “Dram”, “Özfəaliyyət”, “Toxuculuq”, “Stolüstü oyunlar” olmaqla 4 dərnək fəaliyyət göstərir. “Dram” dərnəyinin 14, “Özfəaliyyət” dərnəyinin 11, “Stolüstü oyunlar” dərnəyinin 8, “Toxuculuq” dərnəyinin isə 7 üzvü vardır.