AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Mərdəkan Mədəniyyət Sarayı

Mərdəkan Mədəniyyət Sarayı 1961-ci ildən fəaliyyətdədir. Uzun müddət fəaliyyət göstərdikdən sonra qəzalı vəziyyətə düşən mədəniyyət sarayı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müasir standartlara uyğun yenidən qurulmuşdur. Ümumi sahəsi 4641 kv.m olan sarayda 382 nəfərlik böyük və 155 nəfərlik kiçik zallar, mühazirə və rəqs zalları fəaliyyət göstərir. Mərdəkan Mədəniyyət Sarayında “Azərbaycan qartalları“ rəqs kollektivi (rəhbəri Respublikanın əməkdar artisti Xanlar Bəşirov), “Lalələr” rəqs kollektivi (rəhbəri 12-ci Ümumdünya Festivalının laureatı Dilbər Abdullayeva), “Kam-kam” Uşaq Teatrı, Keramika dərnəyi, “Rəsm” dərnəyi, “Latın Amerika rəqsləri” kursu mövcuddur. Mədəniyyət sarayında müxtəlif dövrlərdə tanınmış mədəniyyət və incəsənət nümayəndələri - Respublikanın Xalq artisti, müğənni Məmmədbağır Bağırzadə, əməkdar artistlər Kəmalə Rəhimli, Tamilla Eldarova (rəqs), əməkdar incəsənət xadimləri Vaqif İbrahimoğlu, Rəhman Əlizadə (dramaturq) fəaliyyət göstərmişlər. Mədəniyyət sarayının kollektivi dövlət əhəmiyyətli, şəhər və rayon miqyaslı tədbirlərin təşkilində fəal iştirak edirlər. Müxtəlif ölkələrin (Rusiya, İran, Türkiyə, Gürcüstan, İsrail və s.) yaradıcı kollektivləri ilə dostluq körpüləri yaradılaraq birgə müsabiqələr təşkil olunur.

Əlaqəli nümunələr

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı