“Qarabağ – mədəniyyətimizin beşiyi”: Xudafərin körpüləri
Oktyabr 07, 2020 15:18
Cəbrayıl rayonun ərazisində Araz çayının şimal və cənub sahillərini birləşdirən iki Xudafərin körpüsü var. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı Xudafərin (inv. 12) XI-XII əsrlərdə, 15 tağlı Xudafərin (inv. 13) körpüsü isə XIII əsrdə inşa olunmuşdur.
1993-cü ildə Cəbrayıl rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri dağıntılara məruz qalmışdır.
Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl şəhəri və rayonun bir neçə kəndini 4 oktyabr 2020-ci ildə erməni işğalından azad edib.