AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənəli şəkildə qeyd edilib

Oktyabr 18, 2019 10:00

Oktyabrın 16-da UNESKO-nun Parisdə yerləşən baş qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbiri keçirilib.
 
Tədbiri giriş sözü ilə açan ölkəmizin UNESKO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edildiyini bildirib və bu münasibətlə ölkəmizdə yüksək səviyyədə keçirilən müxtəlif tədbirlər haqqında ətraflı məlumat verib.
 
UNESKO baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone öz çıxışında Nəsimi yaradıcılığına toxunaraq onun humanist dəyərlərin inkişafına əhəmiyyətli təsir göstərməsindən söz açıb. Qeyd edilib ki, anım tədbirləri UNESKO-nun qarşılıqlı anlaşma, dözümlülük və sülh mədəniyyətinin təbliği missiyasına öz töhfəsini verəcək.
 
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilk öncə hər kəsi salamlayaraq gecəyə qatılan tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. S.Məmmədəliyeva öz çıxışında 2017-ci ildə UNESKO-nun baş qərargahında Nəsiminin ölümünün 600 illiyi münasibəti ilə təşkil edilən anım tədbirini xatırladıb. Nəsimi irsindən geniş bəhs edən nazir müavini ölkəmizdə və onun hüdudlarından kənarda şair-filosofun həyat və yaradıcılığına dair aparılan elmi-tədqiqat işlərindən, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalından danışıb.  
 
Nazir müavini sevgi və mənəviyyat şairi kimi Nəsiminin Azərbaycan dilinin formalaşmasında, Şərqdə humanizm ideyalarının təşəkkülündə, ədəbiyyatda kamil insan obrazının yaradılmasında, poetik ənənələrin inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında qonaqları məlumatlandırıb. O, Nəsiminin təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün ictimai fikrin inkişafında oynadığı vacib rolunu vurğulayıb. Nəsimi dühasının yüksək dəyər kimi ümumbəşəri əhəmiyyətini açıqlayıb. Mədəniyyət Nazirliyinin təqdim etdiyi bugünkü konsert-tamaşanın şairin təkcə ədəbi irsindən deyil, həm də fəlsəfəsindən ilham alınaraq hazırlandığını bildirib və tamaşaçıları Nəsiminin mistik dünyasına səyahət etməyə dəvət edib.
 
Mixael Hess çıxışında Nəsimi yaradıcılığının müxtəlif cəhətlərini diqqətə çatdıraraq, onun Qərb oxucusu üçün əhəmiyyətindən danışıb. Bildirib ki, Nəsimi yaradıcılığı ədəbi xəzinədir. Mixael Hess dərin fəlsəfi fikirləri Nəsiminin oxucuya sadə dillə çatdırdığını vurğulayıb, şairin təkcə dövrünün ziyalıları, mütəfəkkirləri tərəfindən deyil, hər kəs tərəfindən başa düşülmək arzusunda olduğunu söyləyib. Böyük şairin bir çox dərin mətləbləri metaforalarla qələmə aldığını qeyd edib.
 
Sonra Azərbaycan incəsənət nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri konsert-tamaşa nümayiş olunub. Xalq artisti, xanəndə Teyyub Aslanov və Əməkdar artist Sevda Ələkbərzadənin Nəsiminin şeir və qəzəllərini muğam və müasir musiqi janrında ifaları, eləcə də Dövlət Pantomim Teatrı aktyorlarının performansı alqışlarla qarşılanıb.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı