AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ

Bakıda Avrasiya xalqlarının mədəni irs ənənələri müzakirə olunub

Oktyabr 04, 2019 13:36

Beynəlxalq Muğam Mərkəzində Bakıda keçirilən Avrasiya Xalqlarının Assambleyası günləri çərçivəsində dəyirmi masa təşkil edilib.Müzakirələr “Avrasiya xalqlarının mədəni irs ənənələri” mövzusuna həsr edilib.
 
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov tədbirin əhəmiyyətindən söz açaraq diqqətə çatdırıb ki, müzakirənin məqsədi Avrasiya xalqlarının zəngin mədəni irsinin təbliği, mədəniyyət və incəsənət ustaları arasında yaradıcı əlaqələrin genişləndirilməsidir.
 
Daha sonra Assambleyanın Beynəlxalq Mədəni Əməkdaşlıq Şurasının sədri Elmira Şerbakova çıxış edib. Bildirib ki, bu cür görüşlər Avrasiya xalqlarının mədəniyyətinin qarşılıqlı zənginləşməsinə kömək edir, peşəkar ünsiyyət imkanlarını genişləndirir, onların mədəni həyatında iştirakına cəlb edir və bütün xalqlar üçün ortaq mənəvi-əxlaqi dəyərlərin bərqərar olmasına şərait yaradır.
 
Dəyirmi masada azərbaycanlı musiqişünaslar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırovanın “Azərbaycan musiqisi muğam kontekstində”, Əməkdar incəsənət xadimi Sürəyya Ağayevanın “Azərbaycan türklərinin musiqi mədəniyyəti qədim və orta əsr dövrlərində” mövzularında məruzələri dinlənilib.
 
Tədbirdə Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Avrasiya televiziya və radio Akademiyasının prezidenti Valeriy Ruzin, Assambleyanın Hindistan üzrə müşaviri Sinqx Dalbir və digərləri çıxış edərək mədəniyyət sahəsində birgə fəaliyyətin mühümlüyünü qeyd ediblər. Vurğulanıb ki, Avrasiyanın çoxmillətli ailəsi həm də mədəni müxtəlifliyi ilə seçilir və biz bu müxtəlifliyi araşdırmaqla bərabər gələcək nəsillərə ötürərək qorumağı bacarmalıyıq.
 
Dəyirmi masa müasir dövrdə siyasi-iqtisadi inkişafın mədəniyyətə təsiri mövzusunda müzakirələrlə davam edib.

Günün nümunəsi

Miniatür

İslam Şərqinin incəsənəti tarixində Azərbaycan miniatür sənəti üslubu, bədii sənətkarlıq xüsusiyyətləri etibarilə xüsusi əhəmiyyət kəsb edir. Miniatür sənəti əlyazma kitablarının bədii tərtibatında mühüm rol oynayır. Bəzən bu sənət nümunəsi bədii mətni əks etdirməkdən asılı olmayaraq müstəqil səciyyə daşıyırdı. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XII...

Ətraflı